Daha bir miqrant FACİƏSİ

Aralıq dənizində miqrantları daşıyan qayıq Tunis Hərbi-Dəniz Qüvvələrinə məxsus hərbi gəmi ilə toqquşub.
 
Bu barədə "Tunis Afrique Presse” agentliyi xəbər verib.
 
Hadisə nəticəsində azı 34 nəfər ölüb. Ötən gün xilasedicilər 16 nəfərin meyitini sudan çıxarıblar.
 
Ərazidə axtarış-xilasetmə əməliyyatı davam edir. Tunisin müdafiə nazirliyi qəzanın səbəblərini araşdırır./APA/ 

MediaFax

Xəbər haqda fikrini bildir