Azərbaycanlı qızı zorlayan edam edildi - FOTO

"Parsabad şeytanı" ləqəbi ilə tanınan İsmayıl Rəngrəz səhər saatlarında edam edilib.

7 yaşlı Atina Əslaninin qatili bu səhər Parsabad şəhərində edam edilib.
 
İran mətbuatı xəbər verir ki, ötən il Ərdəbilin Parsabad şəhərində zorlandıqdan sonra qətlə yetirilən Atina Əslaninin qatili, "Parsabad şeytanı" ləqəbi ilə tanınan İsmayıl Rəngrəz bu gün səhər Atinanın valideynləri və Parsabad sakinlərinin gözü qarşısında edam edilib.

Məlumata görə, İranın ali məhkəməsi İsmayll Rəngrəzi Atina Əslanini oğurlamaqda, zorlamaqda və qətlə yetirməkdə günahkar bilərək ötən ay barəsində edam hökmü verib.

Qeyd ədək ki, məlum hadisə Parsabad və Ərdəbil sakinlərinin hiddətinə səbəb olub. İsmayıl Rəngrəzin günahı sübut edildikdən sonra əyalət sakinləri hökumətdən onun tez bir zamanda edam olunmasını tələb etmişdilər./aznews.az/

MediaFax

Xəbər haqda fikrini bildir