Londonda dəhşət - ÖLƏN var

London metrosunun "Parsons Green” stansiyası yaxınlığında naməlum şəxsin bıçaqla insanlara hücumu etməsi nəticəsində 1 nəfər ölüb, 2 nəfər yaralanıb.
 
TASS agentliyinin verdiyi xəbərə görə, yaralılar xəstəxanaya yerləşdirilib. Onların vəziyyətləri barədə məlumat verilmir.
 
Hadisə yerinə polis qüvvələri cəlb edilib, ərazidə istintaq tədbirləri aparılır. "Parsons Green” metro stansiyası sərnişinlər üçün bağlanıb. Skotland-Yard hücumun terrorla əlaqəli olmadığını vurğulayıb. Bununla belə, hadisə ilə əlaqədar saxlanılan yoxdur.
 
Xatırladaq ki, sentyabrın 15-də "Parsons Green” metro stansiyasında törədilən partlayış nəticəsində 30 nəfər yaralanmışdı. Polis hadisəni terror aktı kimi qiymətləndirmişdi./APA/
 
MediaFax

Xəbər haqda fikrini bildir