Rza Zərraba yeni İTTİHAM

Azərbaycanlı iş adamı Rza Zərrabı həbs etdirən Baş prokuror Prit Bharara istintaq işinə yeni bir ittiham əlavə edib.
 
Prokuror Zərrabı terrora dəstək vermək məqsədi ilə dələduzluqda ittiham edib.

Zərrabın məhkəməsinin noyabrın 27-si baş tutacağı bildirilib.

Qeyd edək ki, Rza Zərrab İran azərbaycanlısıdır. O, ötən ilin martında ABŞ-da həbs edilib. Zərrab bank fırıldaqçılığı, çirkli pulların yuyulması, ABŞ-ın İrana qarşı embarqosunu pozmaqda günahlandırılır./axar.az/

MediaFax

Xəbər haqda fikrini bildir