Uqo Çavesin qardaşı qubernator oldu

Arxenis Çaves Barinas ştatındakı qubernator seçkisində qalib gəlib.

Bu barədə informasiyanı "Röyter” agentliyi yayıb. Çaves seçkidə 52,88% səs toplayıb.

Venesuela müxalifəti ölkədə keçirilən qubernator seçkisini tanımadığını bildirib.

Qeyd edək ki, Arxenis Venesuelanın eks-prezidenti Uqo Çavesin kiçik qardaşıdır. Uqo Çaves 1999-2013-cü illərdə Venesuelaya rəhbərlik edib. Onun ölümünə səbəb xərçəng xəstəliyi olub./axar.az/

MediaFax

Xəbər haqda fikrini bildir