Azərbaycan sərhədi yaxınlığında atışma: ölənlərdən biri deputatdır

Dağıstanın Azərbaycanla həmsərhəd Məhərrəmkənd rayonunda atışma olub, 2 nəfər ölüb.
 
Bu barədə "RİA Novosti”yə rayon administrasiyasının rəhbəri Fərid Əhmədov bildirib.
 
Ölənlərdən birinin rayon şurasının deputatı olduğu bildirilir.  
 
Məlumata görə, insident nəticəsində daha 3 nəfər yaralanaraq Dərbənd şəhər xəstəxanasına yerləşdirilib. Onlardan ikisinin vəziyyəti orta ağırdır. 
 
Atəş açan şəxslərdən biri saxlanılıb, iki nəfəri isə hadisə yerindən qaçıb. Münaqişədə 8 nəfərin iştirak etdiyi bildirilir.  

MediaFax

Xəbər haqda fikrini bildir