Hitler ölümdən qabaq bu xörəyi yeyibmiş

Tarixçilər Almaniyada nasizmin banisi Adolf Hitlerin ölməmişdən qabaq şam yeməyində yediyi xörəyin adını tapıblar.

AzNews.az Focus-a istinadən xəbər verir ki, tarixçi Ştefan Ditrix Hitlerin həkim-dieotoloqu Konstansa Mançiarlinin məktubu əsasında fürerin ölümqabağı nə yediyini müəyyən edib.

Mançiarli bir il Hitlerin yanında işləyib.

Məktubda deyilir ki, 1945-ci il aprelin 30-da onu fürerin yanına, bunkerə çağırırlar. Ona yumurtadan "gözlük" və kartof püresi hazırlamağı tapşırırlar. O vaxt hələ Hitlerin intihar edəcəyi məlum deyildi. Həkim onun intihar edəcəyini ilk insanlardan idi.

Öz xatirələrində Mançiarli yazırdı ki, Hitler adətən tort və keksi çox xoşlayırdı.

Həkimin özünü 1945-ci ilin mayında sovet əsgəri öldürüb.

MediaFax

Xəbər haqda fikrini bildir